Azreform.info xəbər verir ki, Aktual.ge xəbər portalının sorğusunu cavablayan din xadimi GMİ-də seçkinin 1 dekabr cümə namazından sonra Tbilisi Cümə Məscidinin (Altındakı GMİ-də) keçiriləcəyini bildirib.
Seçkinin formatının gizli şəkildə baş tutacağını ifadə edən Hacı Qurban fəaliyyət planından da danışıb. O, şeyx seçiləcəyi təqdirdə Gürcüstan və ölkə müsəlmanlarını beynəlxalq arenada layiqincə təmsil etmək və bu sahədə ciddi addımlar atacağını vurğulayıb.
Şeyx namizədi, eləcə də din dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də addımlar atacağını diqqətə çatıdırb. Bununla belə o, qeyd edib ki, Məscidlərin inşası məsələsi ilə də xüsusi ilə maraqlanacaq. Hacı Qurban həmçinin şeyx seçiləcəyi təqdirdə axundların maaşlarının artırılacağını vəd edib.
"Biz ruhaniyik və idarədə bir dini idarədir, keçmiş və gələcək fəaliyyətlərimizdə dinimizə xidmət və onu insanlara düzgün və sağlam şəkildə yetirmək olacaqdır. Gürcüstan müsəlmanları idarəsi təsis olunandan bu yana bir neçə dəfə dövlət tərəfindən GMİ-nin ilk müəyyən olunmuş büdcəsinə artım olmuşdur. Son illərdə dünyada iqtisadi durum, devalvasiya və kəskin bahalaşmanıda nəzərə alsaq axundlarımızın narahatçılığının yerində olduğunu düşünürəm. Bu sahədə də artıq dövlətə məlumat verilib və ümidvaram ki, yaxın gələcəkdə GMİ-nin illik büdcəsində artım olacaqdır. Və bu istiqamətdə də xüsusi ilə işləyəcəyimi açıq şəkildə bildirirəm. Gürcüstan müsəlmanları idarəsi təsis olunandan bu günə kimi qonşu və qeyri qonşu müsəlman ölkələr ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etşdir. Biz də seçildiyimiz təqdirdə bu ənənəyə sadiq qalacayıq" , - deyib Hacı Qurban Murquzov.
O, seçiləcəyi təqdirdə fəaliyyət platformasını açıqlayıb:
- Gürcüstan və Gürcüstan müsəlmanlarını beynəlxalq arenada layiqincə təmsil etmək və bu sahədə ciddi addımlar atmaq;
- Din dövlət münasibətlərinin tənzimlənməsi;
- Sağlam islam dini və məzhəbin inkişafı yolunda müxtəlif növ tədbir, tədris, konfrans və s. kimi toplantıların təşkili və idarəçilik;
- Axund və imamların təhsilinin inkişafı yolunda müxtəlif növ treninq və özəl kursların təşkili;
- Məscid və ibadət ocaqlarının inşa, təmir və fəaliyyətinə nəzarət və dəstək;
- Gürcüstanda dinlər arası dialoqa töhfələr vermək.