“ŞKTC-də sahibkarlıq, yaradıcılıq və biznes bacarıqları ilə uğurlu iş adamlarımız var”

27
Noy
2023
18:20

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Silifke Ticarət və Sənaye Palatasının təşkil etdiyi 4-cü Liderlik Akademiyası və İdarəetmə Konqresinin açılışında iştirak edib.

Azreform.info xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin Prezident Administrasiyasından verilən məlumatda bildirilir.

Prezident Ersin Tatar ŞKTC-də sahibkarlıq, yaradıcılıq və işgüzarlıq bacarıqları ilə uğurlu iş adamlarının olduğunu vurğulayıb. Prezident Tatar konqresdəki açılış nitqində deyib ki, o, iş adamlarını, sahibkarları, ticarət və sənaye ilə məşğul olanlarla birlikdə tədbirdə iştirak etməkdən məmnun olub.