Azərbaycan millisi bürünc medal qazanıb

2
Mar
2024
19:35

Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.

Azreform.info ” xəbər verir ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələnib.