ABŞ Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində Central Park tankerini qaçıranları saxlayıb

27
Noy
2023
09:42

ABŞ Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində bir gün əvvəl ələ keçirilən İsrailə aid tanker Central Parkı azad edib. Azreform.info xəbər verir ki, Amerikanın Fox News telekanalının bazar ertəsi, noyabrın 27-nə keçən gecə verdiyi məlumata görə, ABŞ-ın USS Mason esminesinin ekipajı Yaponiya Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə qaçmağa cəhd edən işğalçıları saxlayıb. Onlar indi piratlığa qarşı mübarizə çərçivəsində ABŞ ordusu tərəfindən dindirilir.

Daha əvvəl Reuters və AP məlumat vermişdi ki, USS Mason Ədən körfəzində mülki gəminin göndərdiyi qəza siqnalına cavab verib, bundan sonra tanker azad edilib. Bundan əlavə, ABŞ ordusu tankerin naməlum şəxslər tərəfindən qaçırılmasından sonra Husilərin nəzarətində olan Yəməndən ABŞ gəmisi yaxınlığında iki ballistik raketin atıldığını bildirib.

Gəminin sahibi olan Zodiac Maritime qeyd edib ki, Central Parkın ekipajı və tankerin özü zərərsiz qalıb. Tankerdə Rusiya, Gürcüstan, Bolqarıstan və Türkiyədən olan 22 dənizçi var. “Bölgədəki resursları qorumaq və beynəlxalq dəniz qanunlarına riayət etmək üçün tez reaksiya verən koalisiya qüvvələrinə təşəkkür etmək istərdik”, - deyə şirkət bildirib.