Gürcüstanda məktəb bufetlərində saqqız və bir sıra digər məhsulların satışı qadağan edilib.
Azreform.info xəbər verir ki, bu Təhsil və Elm Nazirliyinin təhsil müəssisələrində iaşə obyektlərinə qoyulan tələblər haqqında təsdiq etdiyi sənəddə öz əksini tapıb.
Şagirdlərdə sağlam qidalanmanı inkişaf etdirmək üçün aşağıdakılar qeyd olunub:
- Saqqız, konfet, şokolad, qoxumu qəlyanaltılar, o cümlədən çips;
- Duzlu, şirin və ya yağla işlənmiş qoz-fındıq, meyvə və tərəvəzlər;
- Mayonez və konservlər;
- Çiy yumurta;
- İstənilən formada göbələklər;
- Qəhvə, şirin qazlı içkilər, enerji içkiləri;
- Kremli qənnadı məmulatlarının bəzi növləri.
Sənəddə həmçinin məktəb iaşə işçiləri üçün şəxsi gigiyena tələbləri müəyyən edilib.