Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubu növbəti oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, adanalılar Superliqa çərçivəsində “Trabzonspor”la qarşılaşıb.
Komandasının 0:1 hesabı ilə uduzduğu oyunda Şahruddin yenə səhvi ilə yadda qalıb. Onun yanlış ötürməsindən sonra trabzonlular 2-ci dəfə fərqlənsə də, hakim ofsayd səbəbindən qolu qeydə almayıb.
Həmin epizodu təqdim edirik: