Xabi Alonso daha bir neçə il “Bayer”də qala bilər - SƏBƏBİ AÇIQLANDI

25
Fev
2024
13:00

“Bayer” Leverkuzenin baş məşqçisi Xabi Alonso klubdan ayrılmaya bilər.

Azreform.info xəbər verir ki, ispaniyalı mütəxəssis daha bir-iki il komandanın düşərgəsində qala bilər.

Alonsoya əsas iddiaçılar hesab edilən “Liverpul” və “Bavariya” məşqçiyə görə komandasına təzminat ödəməməyə çalışır. Bu baxımdan Xabi yalnız “Bayer” güzəştə getdiyi halda bu klublara keçə bilər. Belə şəraitdə, mütəxəssisin Leverkuzendə qalmaq şansı artır.
Qeyd edək ki, Alonso 2022-ci ildən “Bayer”in baş məşqçisidir. Tərəflər arasında əmək müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir.