Soyuq havalarda oynaq və sümüklər niyə ağrıyır?

15
Fev
2024
04:21

Qışda bədəndə ağrılar, sanki sümüklərin sızıldaması kimi ağrı hipotermiyadan ola bilər.

""Medicina" xəbər verir ki, terapevt İrina Baranova uzun müddət bədənin soyuğa məruz qalmasının və bədəndə soyuqdəymənin ağrı yaratdığını bildirib.

" Uzun müddət davam edən hipotermiya immunitet sistemini zəif, orqanizmi infeksiyalara və iltihablara qarşı daha həssas edir.

Soyuq aylarda bədən istilik saxlamaq üçün qan damarlarını sıxaraq reaksiya verir. Soyuq dəridə, əzələlərdə və oynaqlarda sinir reseptorlarını qıcıqlandıraraq ağrı hissi yaradır. Əvvəldən oynaq və orqanizmdə iltihab varsa, soyuq bunu daha da artırır.

Rütubətli hava oynaq problemlərini qabardır. Əgər ağrılar davamlıdırsa, iltihabi analizlər verilməli, terapevt müayinə etməli, çatışmazlıqlar araşdırılmalıdır".