Hansı xərçəngdən 90% sağalmaq olur?

15
Fev
2024
02:07

Prostat xərçəngindən 99% sağalmaq mümkündür, əgər şiş vaxtında aşkar olunarsa.

“Medicina” xəbər verir ki, onkoloq Ruslan Basanov müalicəyə tabe olan və ölüm riski az olan xərçəng növündən danışıb.

“Birinci və ikinci mərhələdə bu xərçəng 97% sağalır. Xəstəliyi vaxtında dəqiq müəyyən etmək üçün PSA analizi vacibdir.Hər bir kişi 40 yaşdan sonra bu antigen analizini verməlidir.

Normal miqdarı 4-10 nq-ml olmalıdır.

Əgər yüksək olarsa, əlavə müayinələr aparılmalıdır.

PSA prostat vəzin digər xəstəliklərində də arta bilir.

Atası, əmisi və nəslində bu xəstəlik olan kişilər risk altındadır.

Əsas səbəbləri: infeksiyalar, dərmanların təsiri, az hərəkətlilik, kanserogen faktorlar və s”.


Artıq onkoloji prosesin başlamasının əlamətləri:

- Tez-tez sidiyə getmə
- Sidiyə gedən zaman ağrı, yanma hissi
- Sidiyi saxlaya bilməmək
- Sidik axını zəifdir
- Ereksiya problemləri
- Sidikdə qan
- Qarının aşağısı, qasıqda təzyiq hissi
- Çanağa yayılan ağrı