Kran suyunu içənlərdə nə baş verir?

15
Fev
2024
01:42

Kran suyu tərkibində çox miqdarda duz, ağır metal olduğu üçün içməyə və yemək üçün yararlı deyil.

“Medicina” xəbər verir ki, terapevt Mariya Belyayeva krandan qaynanmamış və filtr olunmamış suyu içməyin zərərlərindən danışıb.

“Müntəzəm olaraq, hər gün kran suyu içmək böyrək və qaraciyərin işini poza bilər.

Məsələn, bu suda dəmir çoxdur. Biz bilmirik, o evə qədər hansı borulardan keçir. Ola bilər hətta qurğuşun var.Zamanla bu maddələr orqanizmdə, toxumalarda, qaraciyərdə toplanır və gələcəkdə qaraciyər, böyrəklər üçün təhlükəlidir.

Çiy suyu filtrdən keçirmək və filtrləri də vaxtı çatanda müntəzəm dəyişmək lazımdır. Uzağı qaynanmış su içmək lazımdır. Lakin qaynanmış su ölü hesab edilir.


Ən təhlükəsiz etibarlı brendlərin butul suyudur. Qazsız mədən, təbii su mənbələrindən sulardır”.