Yaponiyada dənizaltı vulkan püskürüb, yeni ada yaranıb

8
Noy
2023
13:58

Yaponiyanın İvo Jima adasının sahillərində dənizaltı vulkanda vulkan püskürmələri baş verib. Yaponiya rəsmiləri partlayışların daha sonra yeni adanın yaranmasına səbəb olduğunu bildiriblər.

Azreform.info haberler.com-a əsasən xəbər verir ki, Yapon tədqiqatçıları, dənizaltı vulkan püskürməsinin Tokiodan təxminən 1200 kilometr cənubda, İvo Jima sahillərində yeni bir adanın yaranmasına səbəb olduğunu bildirdilər. Oqasavara adalarının bir hissəsi olan yeni ada, əsasən, püskürmə yerindən şimalda əmələ gələn qaya kütlələrindən ibarətdir.

    Tokio Universitetinin vulkanologiya üzrə fəxri professoru Setsuya Nakada maqmanın İvo Jima ətrafında bir müddətdir su altında püskürdüyünü və maqmanın səthin altında qaya kimi bərkidiyini söylədi. Bölgə üzərindən uçan Nakada oktyabrın 30-da baş verən partlayışdan sonra yığılan bərkimiş maqmanın səthi qırmağa başladığını və yeni adanın yaranmasına səbəb olduğunu bildirib. Nakada, "Əvvəlki mərhələdə qara şaquli dağıntı, bərkimiş maqma və su yuxarıya doğru fışqırdı" dedi.

 

Daha əvvəl də baş vermişdi!
   

      İvo Jima Oqasavara adasının cənubundakı aktiv vulkandır. O, həmçinin 2021-ci ildə böyük bir sualtı püskürmə baş vermiş Fukutoku-Okanoba sualtı vulkanından təxminən 60 km şimalda yerləşir. 2022-ci ilin iyul ayında İvo Jimanın cənub-şərq sahilində ilk dəfə maqmatik püskürmə və freatoqmatik püskürmə qeydə alınıb. Bunun ardınca iyunda və oktyabrda başqa püskürmə baş verdi.