Stokholm Ətraf Mühit İnstitutunun (SEI) dərc etdiyi hesabata görə, dünyanın aparıcı sənayeləşmiş ölkələrinin iqlim məqsədləri ilə planlaşdırılmış qalıq yanacaq istehsalı açıq şəkildə ziddiyyət təşkil edir.
2015-ci ildə Paris iqlim sammitində dünyanın böyük gücləri qlobal istiləşməni cilovlamaq üçün karbon qazı (CO2) emissiyalarını azaltmağı vəd etmişdilər. Bundan əlavə, əksər ölkələr CO2 emissiyalarının azaldılması üçün xüsusi hədəflər qoyur.
Bununla belə, bir çox ölkədə planlaşdırılmış gələcək qalıq yanacaq istehsalı onların məqsədləri ilə birbaşa ziddiyyət təşkil edir. Birlikdə, 20 ən böyük enerji istehsal edən ölkə 2030-cu ilə qədər qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə selsi ilə məhdudlaşdıran rəsmi iqlim hədəfinə çatmaq üçün, lazım olduğundan daha çox qalıq yanacaq istehsal etməyi planlaşdırır.
“The Wall Street Journal” yazır ki, buna bariz nümunə Birləşmiş Ərəb Əmirliklərini göstərmək olar. Qeyd olunur ki, növbəti iqlim sammiti, COP28 noyabrın sonunda BƏƏ başlayacaq.
Azreform.info