Manatın real məzənnəsi azaldı

27
Yan
2024
16:07

2023-cü il dekabrın 31-nə manatın xarici valyutalara nisbətən real effektiv məzənnəsi 121,4 bənd olub.

Azreform.info ”ın məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 bənd, ötən ilin noyabrın 30-u ilə müqayisədə isə 1 bənd azdır. 

Manatın nominal effektiv məzənnəsi isə illik müqayisədə 6,8 bənd artaraq ötən ilin dekabrın sonuna 102 bənd təşkil edib. Dekabr ayı ərzində isə nominal effektiv məzənnədə 0,8 bənd azalma müşahidə olunub.

Könül
Azreform.info