Azərbaycanda İslam bankçılığı ilə bağlı YENİLİK

27
Yan
2024
15:35

Azərbaycanda İslam bankçılığı və İslam kapital məhsulu olan “Sukur”un tətbiqinə yaşıl işıq yandırıldı.

Azreform.info ” xəbər verir ki, bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, İslam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “2024-2026 Maliyyə sektorunun İnkişaf Strategiya”sı sənədində İslam bankçlığının Azərbaycanda tətbiqinin xüsusi hüquqi çərçivədə işə salınması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin sənəddə sukukla bağlı hüquqi çərçivənin yaradılması öhdəliyi qoyulub: 

“Bu da deməyə əsas verir ki, qarşıdakı iki il ərzində Sukuk bazarının tətbiqinə başlanılacaq”.
Ekspert qeyd edib ki, 2022-ci ildə aparılan araşdırmalara görə Azərbaycanda İslam bankçılığı açıldığı halda 82%-ə yaxın mikro, kiçik və orta sahibkarın bu xidmətərdən istifadəyə marağı olacaq: “Ümumilikdə, lizinq və mikromaliyyələşmə bazarlarında da alternativ maliyyələşməyə diqqət artacaq”. 

Könül
Azreform.info