Avropa Parlamentinin deputatı və Estoniya Müdafiə Qüvvələrinin keçmiş komandanı Riho Terrasın fikrincə, Ukraynanın Qərbdən daha çox və daha yaxşı texnologiyaya ehtiyacı var, çünki əks halda Ukrayna müharibəni uduzacaq və Putin Rusiyası daha da təhlükəli olacaq.
Azreform.info-nun məlumatına görə bunu Terras ETV telekanalının “Ukraina Stuudio” proqramında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının Britaniyanın “Economist” jurnalına verdiyi müsahibəni şərh edərkən bildirib.
Zalujnı deyib ki, qələbə üçün Ukraynaya prinsipial olaraq yeni texnologiyalar lazımdır, çünki cəbhə xəttində vəziyyət dalana dirənib.