“Neftmaştəmir”ə yeni sədr təyin olunacaq

26
Yan
2024
08:56

“Neftmaştəmir” ASC-nin müşahidə şurasına sədr və üzvlər seçiləcək.

Azreform.info ” xəbər verir ki, bununla bağlı qərar ASC səhmdarlarının 2024-cü il aprelin 2-də saat 11.00-da keçiriləcək növbəti illik ümumi yığıncağında veriləcək.

Ümumi yığıncağın gündəliyinə həmçinin səhmdar cəmiyyətin 2023-cü ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2023-cü il üzrə illik hesabatlarının təsdiqi, müəssisənin gəlir və zərəri haqqında məlumat, ASC-nin nizamnaməsində qismən dəyişikliklər edilməsi barədə məsələlər daxildir. 

Könül
Azreform.info