İsrail naziri: İsrail Qəzza sektorunu yenidən işğal etmək niyyətində deyil

8
Noy
2023
12:50

Strateji işlər naziri Ron Dermer bildirib ki, İsrail qeyri-müəyyən müddətə sektorda "təhlükəsizlik üçün ümumi məsuliyyəti" daşıyacaq.

İsrail Qəzza sektorunu yenidən işğal etmək niyyətində deyil.

Azreform.info xəbər verir ki, bunu MSNBC telekanalına müsahibəsində strateji işlər naziri Ron Dermer deyib. Bununla belə, HƏMAS islamçı terror qruplaşması hakimiyyətdən uzaqlaşdırıldıqdan və onun infrastrukturu məhv edildikdən sonra, İsrail qeyri-müəyyən müddətə sektorda “təhlükəsizlik üçün ümumi məsuliyyəti” daşıyacaq”, - Derner bildirib.