“Gələcəyin qızılıdır, hətta qızıldan dəyərlidir” – Kriptovalyuta almaq istəyənlər nələri bilməlidir?

25
Yan
2024
16:07

Son zamanlar kripto bazarı çox geniş yayılsa da, bir çox insanlar kriptovalyutalara investisiya etməkdən ehtiyat edirlər. Bunun müəyyən səbəbləri var. Ən əsas da yetəri qədər məlumatlarının olmamasıdır.

Valyuta.az kripto bazarına daxil olmaq istəyən şəxslər üçün investisiya üzrə mütəxəssis Rövşən Hüseynovun fikirlərini təqdim edir:

“İnsanların kriptoya yatırım etməməsinin ən əsas səbəbi onların məlumatsız olması və kriptoya yatırım vasitəsi kimi baxmalarıdır. Kripto bir texnologiyadır, həm də çox böyük bir texnologiya. Kriptonun gələcəkdəki yerini bəzən insanlar anlamırlar. Məsələn, deyək ki, Bitkoin 5 dəfə bahalaşacaq və s. deyə düşünməməlidirlər. BTC nə edir deyə düşünməlidirlər. İlkin olaraq onun “White papper”in oxumalıdırlar. “White paper” kriptonun istifadə bələdçisi kimi bir şeydir. Niyə yaradılıb? Nə məqsədə qulluq edir? bu suallara cavab tapmalıdırlar. BTC gələcəyin qızılıdır, amma qızıldan daha dəyərlidir. Çünki, qızılın bir limiti var, amma bu, bilinməyən bir limitdir. Məsələn, yeni bir qızıl mədəni tapılsa, qızılın qiyməti düşəcək və ya şirkətlər tərəfindən istehsal azaldılsa, qiyməti qalxacaq. Ama BTC-nin standart bir limiti var və bunun istehsalı hər 4 ildən bir iki qat azalır. Və bu da onu çox daha dəyərli edir. Güvənlik cəhətdən pul sadəcə sənin əlində olur və sadəcə sən bilirsən ki, nə qədər məbləğ var. Bunun oğurlanması imkansızdır. Və transfer xərcləri də demək olar yoxdur. İstənilən qədər məbləğ transfer edirsən maksimum bir ABŞ dolları komissiya tutulur”.