Müharibə gedən ölkələr ilə Azərbaycanın ötənilki TİCARƏTİ

25
Yan
2024
11:42

Hazırda müharibənin davam etdiyi İsrail, Ukrayna və Rusiya ilə Azərbaycanın ötən il üzrə ticarət dövriyyəsi açıqlanıb.

Ötən il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 353,7 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci illə müqayisədə 74,6 % azdır.

Ötən il Azərbaycanla İsrailin ticarət həcmi isə 1,4 milyard dollar olub. Bu da illik müqayisədə 16% azdır.

Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 4,3 milyard dollar həcmində olub. Bu, 2022-ci illə müqayisədə 17,4% çoxdur.

©İqtisadiyyat.az