"Microsoft"un dəyəri 3 trilyon dollar oldu

25
Yan
2024
11:07

Nəhəng texnologiya şirkəti "Microsoft"un bazar dəyəri ilk dəfə 3 trilyon dollarlıq mərhələni keçib.

Azreform.info ın məlumatına görə, şirkət "Apple"dan sonra dünyanın ikinci ən dəyərli şirkəti olub.

Belə ki, "Microsoft" və "Apple" səhmləri ilin əvvəlindən bəri "Wall Street"də ən çox kapitallaşdırılan səhm kimi birinci yer uğrunda mübarizə aparır.

“Microsoft”un səhmləri çərşənbə günü 1,7% bahalaşaraq 405,63 ABŞ dolları ilə rekord həddə çatıb və 3 trilyon dollarlıq bazar kapitallaşma səviyyəsini keçib. Lakin birja qapanarkən səhmlər 402,56 dollara qədər ucuzlaşıb və bazar dəyəri 2,99 trilyon dollara enib.

"Apple"ın səhmləri isə 0,35% ucuzlaşaraq 194,50 dollara ensə də, 3 trilyon dollarlıq bazar dəyərində qalıb.

Könül
Azreform.info