Hizbullah İsrailin aviabazasını vurdu

24
Yan
2024
15:42

Hizbullah Livandan İsrailin şimalındakı Meron dağındakı hava müşahidə obyektinə hücum edib.

Azreform.info “news.cn”ə istinadla xəbər verir ki, atılan iki raket İsrailin şimalındakı hava qüvvələri bazasına düşüb və infrastruktura yüngül ziyan vurub.

Hizbullah raket zərbələrinə görə məsuliyyəti öz üzərinə götürüb.

İsrail Müdafiə Qüvvələri (IDF) mətbuata açıqlamasında Hizbullah tərəfindən ümumilikdə 12 raketin atıldığını bildirib. İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri dördünü ələ keçirib, altısı boş sahəyə düşüb. 

Hücum nəticəsində xəsarət alanın olmadığı bildirilib.

Günay