"Mənim səsim” Seçki Monitorinq Koalisiyası təmsilçiləri Fuad Əliyevlə görüşüblər

24
Yan
2024
15:37

 

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası təmsilçiləri prezidentliyə namizəd Fuad Əliyevlə görüşüb.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasını, insan haqları müdafiəçisi Novella Cəfəroğlu, Koalisiya üzvü Səadət Bənənyarlı, professor Əhməd Qəşəmoğlu və fəlsəfə doktoru, politoloq Adəm İsmayıl təmsil edib.

Avrasiya.net xəbər verir ki, görüşün əsas məqsədi prezidentliyə namizəd Fuad Əliyevin seçkiqabağı təşviqat kampaniyasına hazırlığı ilə tanış olmaq, namizədin proseslə bağlı fikirlərini öyrənmək olub.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası 7 fevral prezident seçkisinin monitorinqi məqsədilə yaradılıb.

Bütün mərhələlərlə bağlı təhlillər aparan Koalisiya proses başa çatdıqdan sonra müşahidələrini seçki prosesinin təkmilləşdirilməsi üzrə elmi araşdırmaya çevirmək niyyətindədir. Koalisiyanın tərkibi bunlar nəzərə alınaraq formalaşdırılıb. Ölkənin tanınan sosioloqları, politoloqları prosesə cəlb edilib.