Ankaranın İsveç qərarı, Ağ Evin F-16 açıqlaması - Tərəflər razılaşdı

24
Yan
2024
15:21

ABŞ administrasiyası Türkiyə Böyük Millət Məclisində İsveçin NATO üzvlüyünün təsdiqlənməsindən məmnun olduğunu və Türkiyəyə F-16-ların satışının ABŞ, Türkiyə və NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına uyğun olduğunu bəyan edib.

Azreform.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi "anadolu"ya açıqlamasında ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 donanmasının modernləşdirilməsini əvvəldən dəstəklədiyini bildirib. "F-16 satışı NATO daxilində qarşılıqlı əlaqəni artıracaq və ABŞ-nin milli maraqlarına uyğundur. 

ABŞ Dövlət Departamentinin sözçüsü bildiirb ki, F-16-ların mümkün satışı ABŞ, Türkiyə və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək.

ABŞ dövlət katibi Entoni Blinken də X (tvitter) səhifəsində məsələ ilə bağlı paylaşımında Türkiyənin bu addımını təqdir edərək bildirib ki, İsveçin üzvlüyü ittifaqı hər zamankından daha güclü vəziyyətə gətirəcək.

Ağ Evin təhlükəsizlik üzrə müşaviri Cek Salivan da Türkiyə parlamentinin İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyən səsverməni alqışlayıb. 

Mürtəza
Azreform.info