İrəvan kömək axtarır, gözləntilər doğrulmadı - Mirzoyan

24
Yan
2024
10:07

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yeni müttəfiq axtarışında olduqlarını təsdiqləyib.

Azreform.info xəbər verir ki, Mirzoyan müttəfiq axtarışının nəticələri barədə bunları qeyd edib:

"Rasional düşünən hər bir cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir", - o qeyd edib.

Mirzoyanın sözlərinə görə, bizim müttəfiqləri istər 2020-ci il müharibəsi, istərsə də sonrakı hadisələr zamanı ən azı gözləntilərini doğrulmadı.

“Təbii ki, yeni müttəfiqlər axtarmağa başladıq, ilk növbədə, təhlükəsizlik sahəsindəki problemləri həll etmək üçün”, - nazir bildirib.

O həmçinin təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədlərin imzalanması barədə məlumatı təkzib edib.

Mürtəza
Azreform.info