Manat əksər valyutalar qarşısında bahalaşdı

24
Yan
2024
10:00

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,3% azalaraq 1,8470 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0192 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0561 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.