“Rabitəbank”ın rəhbərliyi yenidən təsdiqlənəcək

24
Yan
2024
08:42

“Rabitəbank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Azreform.info ” xəbər verir ki, yığıncaq 2024-cü il martın 12-si saat 17.00-da baş tutacaq.

Yığıncağın gündəliyinə bankın 2023-cü maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, eləcə də, audit komitəsinin hesabatının təsdiqi, yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrini yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun olaraq təsdiqi, bankın səhmdarlarına dividendlərin ödənilməsi, bankın üst rəhbər heyətinə illik bonusların ödənilməsi, təşkilati və cari məsələlər müzakirə ediləcək.