TBMM İsveçin NATO-ya üzvlük üçün müraciətini təsdiqlədi

24
Yan
2024
00:21

Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib.

Azreform.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib.

Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.