Britaniyanın nüvə sualtı qayığı Atlantik okeanında batacaqdı

20
Noy
2023
11:52

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus Vanguard sinifli nüvə sualtı qayığı dərinlik ölçən cihazlarından birinin nasazlığı nəticəsində az qala batacaqdı.

Azreform.info xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onun məlumatına görə, göyərtəsində 140 nəfərin olduğu sualtı qayıq Atlantik okeanında patrul etməyə hazırlaşarkən onun dərinlik sensorları sıradan çıxıb. Nasazlıq nəticəsində Trident 2 ballistik raketi daşıyan sualtı qayıq az qala “təhlükə zonasına” daxil olub.

Nəşrin məlumatına görə, ikinci dərinlikölçəndən istifadə nəticəsində fəlakətin qarşısı alınıb.

Nəşr vurğulayıb ki, təhlükəsizlik baxımından hansı konkret dərinlikdən və sualtı qayıqdan söhbət getdiyi barədə məlumatı açıqlamayacaq. Qeyd olunur ki, Britaniya hərbi komandanlığı hadisə ilə bağlı araşdırmalara başlayıb. "Biz əməliyyatları şərh etmirik. Milli maraqlarımızı qorumaq üçün sualtı qayıqlarımız bütün dünyada yerləşdirilməyə davam edir", - Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib.

Böyük Britaniyada 1990-cı illərdə inşa edilmiş dörd Vanguard sinifli nüvə sualtı qayığı var: HMS Victorious, HMS Vanguard, HMS Vigilant və HMS Vengeance. Qəzetin yazdığına görə, onlardan yalnız ikisi istifadəyə yararlıdır.