Bakıda “Hayal Kahvesi” ilə bağlı iddia qaldırıldı

23
Yan
2024
13:35

“Hayal Kahvesi Baku” MMC məhkəməyə verilib.

Azreform.info ”ın məlıumatına görə, “M Pro Tech” MMC şirkətlə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Türkiyənin məşhur konsert və əyləncə məkanı olan “Hayal Kahvesi”nin Bakı şöbəsi 22.08.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Yaqut Kılınç Etibar qızıdır. Məkanda bir çox tanınmış müğənnilərin konsertləri təşkil olunur.

“M Pro Tech” MMC isə 04.07.2022 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Şükrü Hısıroğludur.

Könül
Azreform.info