G7 HƏMAS-a qarşı sanksiyaları müzakirə edib

8
Noy
2023
12:24

G7 ölkələri, o cümlədən regional tərəfdaşları HƏMAS-a qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə edib.

Azreform.info TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

“G7-nin üzvləri regional tərəfdaşlarla birlikdə Yaxın Şərqdə münaqişənin genişlənməməsi üçün müzakirələr aparırlar. HƏMAS-ın imkanlarının genişlənməməsi üçün mümkün yolları araşdırırıq”, - G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin yekun bəyanatında deyilir.