Mikro sahibkarlara şad xəbər: güzəşt...

22
Yan
2024
13:00

Gələn ildən mikro sahibkarlara tətbiq olunan vergilərə dəyişikliklər edilə bilər.

Azreform.info ”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Vergilər Xidməti il ərzində müzakirələr aparacaq.

Bu zaman mikrosahibkarlar üçün ləğv olunan 75%-lik vergi güzəştinə və digər məsələlərə yenidən baxıla bilər.

Qeyd edək ki, bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti və azadolma ləğv olunub. Həmin mikro sahibkarlar gəlirlərindən 5% əvəzinə 20% vergi ödəməlidirlər. 

Bir sıra mikrosahibkarlar sözügedən dəyişikliyin onlara mənfi təsir edəcəyini qeyd edir.

Könül
Azreform.info