Naxcivanda türk bankı açılacaq

18
Yan
2024
17:07

Naxçıvanda Türkiyə bankı fəaliyyətə başlayacaq.

Azreform.info ” xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə xidmətl göstəriləcək.

Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib.