“Samsung” yeni flaqmanlarını təqdim etdi

18
Yan
2024
10:28

“Samsung” dünən keçirilən “Unpacked” tədbirində yeni flaqmanlarını - “Galaxy S24”, “S24+” (Plus) və “S24 Ultra” modellərini təqdim etdi. 

Azreform.info ” xəbər verir ki, yeni modellər süni intellekt xüsusiyyətləri, yeni prosessor və interfeys, eləcə də “Android” yeniləmələri ilə bağlı dəyişikliklərlə yadda qalıb.

Belə ki, “Samsung” “Apple”ın “iPhone” modellərinə xas olan 5 illik yeniləmə siyasətini igeridə qoydu və  “Galaxy S24”, “S24 Plus” və “S24 Ultra” 7 il müddətinə “Android” yeniləmələrini alacağı açıqlanıb.

Smartfonlar 6,2, 6,7 və 6,8 düymlük ekran, 8-12 GB RAM, müxtəlif yaddaş seçimləri ilə təklif olunur.

Könül
Azreform.info