Bu şəxslərə 2 və 3 otaqlı mənzillər veriləcək

18
Yan
2024
08:49

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə 2 və 3 otaqlı mənzillər veriləcək.

Azreform.info ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı işlərə başlayıb.

Mənzillər Oğuz, Balakən, Neftçala, Beyləqan, Şirvan, Ağsu və Salyan rayonlarından satın alınacaq.

Könül
Azreform.info