Azad olunan ərazilər üçün 500 mln. manat kredit portfeli müəyyənləşdirilib

17
Yan
2024
13:07

İşğaldan azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib. Bu isə o deməkdir ki, hər sahibkar 5 milyon manat kredit əldə edə bilər.

APA xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.

O bildirib ki, kreditin müddəti 7 ilədəkdir: “Kreditin faiz dərəcəsi 15 faizədəkdir”.