Azərbaycanda ABŞ-nin tibb şirkəti ləğv olundu

17
Yan
2024
11:00

ABŞ mərkəzli tibb şirkəti Azərbaycan bazarından gedir.

Azreform.info ” xəbər verir ki, “GE Healthcare International LLC” şirkətinin Azərbaycan filialı ləğv olunur.

Sözügedən şirkətin yerli filialı 25.12.2018 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İlya Kuznetsovdur. Tibbi texnologiya şirkəti olan “GE Healthcare” ABŞ, Çikaqo mərkəzlidir. 

Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

Könül
Azreform.info