“Türk Hava Yolların”dan 105, “Pegasus”dan isə 82 reysin ləğv edilməsinə qərar verilib.
Azreform.info xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
“Türk Hava Yolları” fırtına səbəbindən sabah 82-si İstanbul Hava Limanından, 23-ü isə Sabiha Gökçen Beynəlxalq Hava Limanından olmaqla 105 reys təxirə salınıb.
“Pegasus” da bu gün və sabah ümumilikdə 82 reysin ləğv edildiyini açıqlayıb. Bu rəqəmin arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.