Nazir: “Azərbaycan enerji ehtiyaclarının 30 %-ini bərpa olunan mənbələrdən təmin edəcək”

16
Yan
2024
19:07

Azərbaycan bərpa olunan mənbələrdən enerji ehtiyaclarının 30 %-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər.

Azreform.info ” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.

“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30 %-ni bərpa olunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.