Bu hərbi mərkəz ləğv olundu - Müraciət

16
Yan
2024
08:49

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC ləğv edilib.

Azreform.info xəbər verir ki, MMC Prezidentin 16 noyabr 2023-cü il tarixli, 2353 nömrəli Fərmanı ilə ləğv edilib.

MMC kreditorlara müraciət edərək ləğv edilən hüquqi şəxsə qarşı tələbləri ilə əlaqədar 60 gün ərzində AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 99 nömrəli ünvana yaxınlaşa biləcəklərini qeyd edib.

Könül
Azreform.info