Cimmi və Rozalin Karter ev hospisə yerləşdiriblər

18
Noy
2023
13:31

Azreform.info xəbər verir ki, Carter Center-in məlumatına görə, keçmiş birinci xanım Rozalin Karter Corciyadakı Carter House-da hospisə qəbul edilib.

Carter Center may ayında bildirdi ki, 96 yaşlı keçmiş birinci xanım demensiyadan əziyyət çəkir. Ona diaqnozun nə vaxt qoyulduğu bəlli deyil.

Onun əri, keçmiş prezident Cimmi Karter də fevral ayından bəri onların evində hospis xidməti alır. Ötən ay onun 99 yaşı tamam oldu.