Sinqapurda Bloomberg Yeni İqtisadiyyat Forumunda çıxış edən siyasi və biznes liderlərinin müəyyən etdiyi risklər siyahısına müharibə, geosiyasi gərginlik və inflyasiya daxil edilib.
Azreform.info xəbər verir ki, Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan tədbirin əvvəlində deyib ki, dünya Ukrayna və Qəzza zolağında müharibələr, eləcə də Tayvan və Cənubi Çin dənizində münaqişəyə səbəb ola biləcək “təhlükə anı” ilə üz-üzədir.