“Toyota” şirkətinin müəllif hüquqlarıpozulub

18
Noy
2023
10:12

“Toyota” şirkətinin müəllif hüquqları sahibi Almatı və Almatı vilayətinin sakinlərinin ticarət nişanından qanunsuz istifadə etməsindən şikayətlənib, Azreform.info Tengrinews.kz istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdən sonra polis əməkdaşları və ərazi ədliyyə şöbələri tərəfindən araşdırma aparılıb. Yoxlama zamanı məlum olub ki, topdansatış satışı ilə məşğul olan fərdi sahibkar “A” və “A” MMC qeyri-qanuni olaraq “Toyota” əmtəə nişanından istifadə edərək qablaşdırılmış motor yağı və avtomatik transmissiya mayesini satıb.