Prezident: "İvanişvili oliqarxdır"

17
Noy
2023
14:06
"Bidzina İvanişvili oliqarxdır".

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Le monde" nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, İvanişvili Rusiyanın məğlub olacağını təsəvvür edə bilməyənlər sırasındadır.

“O, Rusiyada sərvət toplayan oliqarxdır. Bu gün dünya iki yerə bölünüb. O, Rusiyanın məğlub olacağını təsəvvür edə bilməyənlər sırasındadır, ona görə də daha da aqressiv ola biləcək Rusiyanın qələbəsinə əvvəlcədən uyğunlaşmağa çalışır. Onun təsiri ilə hakimiyyətdə olan, Avropada təhsil almış gənclər Rusiyaya qarşı zəif və yaltaq mövqe nümayiş etdirirlər. 

Bu, yeni geosiyasi vəziyyətin pis qavranılmasıdır" , - deyən Salome Zurabişvili Gürcüstan siyasətində İvanişvilidən başqa heç bir oliqarx yoxdur söyləyib.