Respublikaçıların çoxluğ təşkil edən Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi, demokratların üstünlüyə malik olduğu Senatda qəbul oluna bilməyib. Ağ Ev buna veto qoyacağını vəd etmişdir.
Azreform.info-nun məlumatına görə çərşənbə axşamı, noyabrın 7-də ABŞ Senatı Ukraynaya eyni vaxtda yardım etmədən Fələstinin HƏMAS terror təşkilatı ilə mübarizəsində İsrailə kömək etmək üçün 14,3 milyard dollar (13,5 milyard avro) ayrılması ilə bağlı qanun layihəsini bloklayıb. Bundan əvvəl, noyabrın 2-də respublikaçıların çoxluğa sahib olduğu Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, demokratların üstünlüyə malik olduğu ABŞ Konqresinin yuxarı palatasında səsvermədən keçməyib.