Tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

12
Yan
2024
08:36

"İnjuria" Hüquq Jurnalının redaksiya şurasının təmsilçiləri ilə Magen David International Center for Women və "Qadınların İnkişafına və Maariflənməsinə Dəstək" İctimai Birliyinin İdarə Heyətinin nümayəndələri arasında görüş keçirilib.

Tədbirdə cari ildə tərəflər arasında əməkdaşlıq perspektivləri və qarşıdan gələn 7 fevral 2024-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçici qadınlar, xüsusilə də prezident seçkilərində ilk dəfə iştirak edəcək gənc xanımlar arasında seçki hüququnun realizəsi ilə bağlı birgə maarifləndirmə tədbirlərinin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Cavid