DSMF-nin inzibati binası təmir olunacaq

11
Yan
2024
13:49

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) inzibati binası təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Fondun paytaxtın Həsən bəy Zərdabi 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmir üzrə layihələndirmə işlərinə başlanılır.

Layihələndirmə işlərini "Entre" şirkəti həyata keçirəcək.

DSMF buna görə şirkətə 88.028 manat ödəniş edəcək.