Rusiya, İran və Azərbaycan energetika nazirlərinin müavinlərinin görüşü olub. Onun iştirakçıları Rusiya, İran və Azərbaycanın tezliklə öz enerji sistemlərini birləşdirəcəkləri barədə razılığa gəliblər.
Azreform.info xəbərinə görə, İslam Respublikasının energetika naziri Əli-Əkbər Mehrabiyan Tehranda keçirilən 23-cü Beynəlxalq Elektrik Enerjisi Sərgisinə səfəri zamanı bu barədə İranın İRNA agentliyinə bildirib.
O bildirib ki, işgüzar görüşdə üç ölkənin rəsmiləri bu layihənin həyata keçirilməsinin təfərrüatlarını müzakirə ediblər. Nazirin sözlərinə görə, yaxın vaxtlarda eyni məsələ ilə bağlı növbəti danışıqlar aparılmalıdır.