Göygöldə avtomobillər toqquşub, ölən və xəsarət alan var

10
Yan
2024
14:14

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı iki avtomobil toqquşub.

Nəticədə 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.