Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib

19
Sen
2024
15:56

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Azreform.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.