Narinin qətlinə dair yeni iddia: Başqa şəhərdəki qardaşını qızcığazı öldürmək üçün çağırıblar?

19
Sen
2024
12:14

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

İstintaq çərçivəsində Narinin böyük qardaşı Enes, anası Yüksel, əmiləri Salim və Fuat Güran, əmisi arvadı Hediye Güran da olmaqla, 12 nəfər həbs edilib.

Həmçinin Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib. Qətlin kim tərəfindən və nə üçün törədildiyi dəqiq bilinməsə də, irəli sürülən iddialara yenisi əlavə edilib.

Azreform.info  Oxu.az-a istinadən xəbər verir ki, Narinin həbs edilən qardaşı Enes Güran qətldən bir gün əvvəl işlədiyi Malatyadan Diyarbəkirə gəlib. Bu da "Enes qətli törətməsi üçünmü çağırılıb?" sualını doğurub.

Enes Güran ifadəsində bunu təkzib edib.

"Qardaşım Baran əsgər gedəcəyi və əmim oğlunun toyu olacağı üçün işdən icazə almışdım", - deyə o bildirib.

Narinin ölümü ilə hər hansı əlaqəsinin olmadığını iddia edən Enes, həmçinin qızcığaz yoxa çıxdığı saatlarda evdə yatdığını da qeyd edib. Digər tərəfdən, Enesin qolundakı diş izləri və kürəyindəki dırnaq izləri Narini onun boğaraq öldürməsi iddialarını da gündəmə gətirib.

Eyni zamanda hadisənin şahidlərindən olan və həbs edilən Narinin əmisinin arvadı Hediye Güran da ifadəsində deyib ki, hadisə baş verən gün Narinin anası Yüksel Güran ilə Enes Güran arasında şiddətli mübahisə və boğuşma yaşandığına şahid olub.

Enes Güranın qolundakı dişlək izinin də anası Yüksel Gürana aid olduğu iddia edilib.

Həmçinin Yüksel Güranın Narinə görə Eneslə mübahisə etdiyi və ona mane olmaq üçün dişlədiyi də ehtimal edilir.